• Bakı 13° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi

DÜNYA

29 Aprel 2024 | 10:34

ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Oklahoma ştatında baş verən tornadolara görə 12 bölgədə fövqəladə vəziyyət elan edilib.

Bakıvaxtı.az “Haberturk”ə istinadən bildirir ki, bununla bağlı Hughes County Fövqəladə Səhiyyə Xidməti məlumat yayıb.

Bildirilib ki, təxminən 5 min əhalisi olan Oklahoma ştatının Holdenville qəsəbəsində baş verən tornadolar 4 nəfərin ölümünə səbəb olub. Ölənlərdən biri azyaşlı uşaqdır. 

Oklahoma Fövqəladə İdarəetmə Bürosu isə bir xəstəxananın zədələndiyini və bəzi yolların nəqliyyat üçün bağlandığını bildirib. Bundan başqa, əyalət daxilində 33 min ev işıqsız qalıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR