• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rusiya ordusu Ukraynada irəliləyib - Britaniya MN

DÜNYA

29 Fevral 2024 | 15:04

Rusiya ordusu Ukraynada irəliləyib - Britaniya MN

Avdeyevka qərbindəki ərazi Rusiya ordusunun hücum mərkəzi olaraq qalır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Rusiya fevralın 17-də şəhəri ələ keçirib və o vaxtdan şəhərin mərkəzindən təxminən 6 km irəliləyib. Rusiya Federasiyası demək olar ki, ərazidəki bir neçə kəndi nəzarətə götürüb”, - məlumatda qeyd edilib.

Bildirilib ki, bu taktiki nailiyyətlər ilk növbədə Rusiyanın Avdeyevka ətrafında mövqelərini möhkəmləndirməyə xidmət edir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026