“Qərb başa düşməlidi ki, bizim də onların ərazilərində hədəflərə zərbə vura biləcək silahlarımız var"
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti zamanı deyib.
Onun sözlərinə görə, ruslar Qərbdən gələn "rusofobiya"nın qurbanıdır. O, ruslara qarşı belə yanaşmanı "ağılsızlıq" adlandırıb.
“Rusiyaya müdaxilə etmək istəyənlərin üzləşəcəyi nəticələr keçmiş dövrlərlə müqayisədə daha faciəli olacaq. Ölkəmizə yeni müdaxilə cəhdləri nüvə silahının tətbiqi ilə genişmiqyaslı münaqişə təhlükəsi yaradır”, - deyə Putin Ukraynaya qoşun göndərmək istəyən Qərb ölkələrini hədələyib
O əlavə edib ki, Qərb Rusiyaya nifaq salmaq və onu daxildən zəiflətmək istəyir, lakin bu, səhv hesablanıb.
Rusiya liderinin sözlərinə görə, Qərb dünyanın bir çox digər regionlarında, o cümlədən Ukraynada olduğu kimi, Rusiya Federasiyası ilə də eyni şeyi etmək istəyir:
"Bu gün bu, tamamilə açıq bir şeydir".
Putinə görə, Qərbə Rusiya əvəzinə, asılı və sönük məkan lazımdır ki, orada hər şey edə bilər.
Mina Mikayılova
















