Rusiya Prezidenti Vladimir Putin 6 illik prezidentlik dövründə 755 min dollara yaxın pul qazanıb.
Bakıvaxtı.az xəbər verir ki bu barədə Rusiya Federasiyası prezidentliyinə namizdə Putinin Mərkəzi Seçki Komissiyasına təqdim edilən bəyannaməsində bildirilib.
Bəyannaməyə əsasən, altı ildə Putin 67 milyon 591 min rubl (754 min 288 ABŞ dolları) qazanıb.
















