• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ABŞ-ın Qəzza ilə bağlı planı: HƏMAS məğlub olandan sonra...

DÜNYA

01 Noyabr 2023 | 21:34 | Müəllif: Subhan Mahmudov

ABŞ-ın Qəzza ilə bağlı planı: HƏMAS məğlub olandan sonra...

ABŞ İsraillə müharibədə HƏMAS-ın məğlubiyyətindən sonra Qəzza zolağında çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsi imkanını nəzərdən keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politiko” nəşri iki amerikalı senatora istinadən məlumat yayıb.

"İki senator təsdiq edib ki, İsrail HƏMAS-ın kökünü kəsdikdən sonra Qəzzada çoxmillətli qüvvələrin yaradılması ilə bağlı danışıqlar aparılır. Bu, ABŞ və onun tərəfdaşlarının anklavda xarici qoşunların yerləşdirilməsi imkanlarını ciddi şəkildə nəzərdən keçirdiklərinin ən bariz göstəricisidir", - nəşr vurğulayıb.

Qeyd olunur ki, indiki mərhələdə beynəlxalq qüvvələrin mümkün tərkibi ilə bağlı ilkin müzakirələr gedir, lakin onların tərkibində ABŞ hərbçilərinin olması ehtimalı azdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026