• Bakı 11° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rəisi İsrailə etiraz olaraq Dubaya getməyəcək

DÜNYA

01 Dekabr 2023 | 19:35 | Müəllif: Subhan Mahmudov

Rəisi İsrailə etiraz olaraq Dubaya getməyəcək

 İran prezidenti COP28-də İsrailə etiraz olaraq Dubaya getməyəcək

Bakıvaxtı.az xəbər verir ki, İran prezidenti İbrahim Rəisi israilli həmkarı İshaq Hersoqun BMT-nin builki İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında (COP28) iştirakına etiraz olaraq Dubaya səfər etməyəcək. 

Məlumata görə, konfransa yalnız İbrahim Rəisi deyil, onun nümayəndəsi də qatılmayacaq. Bildirilib ki, İran COP28 konfransında energetika naziri səviyyəsində təmsil olunacaq. 

Qeyd edək ki, bundan öncə İran mediası İbrahim Rəisinin konfransda iştirakı üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər planını da açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026