KXDR əleyhdarlarının ehtiyatsız siyasəti hər an Koreya yarımadasında müharibəyə səbəb ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen İn deyib.
Kim Çen İn bəyan edib ki, ABŞ və Cənubi Koreya Pxenyanla hərbi qarşıdurmaya cəhd etsə, ölkənin nüvə müharibəsindən çəkindirici qüvvələri ciddi tədbir görəcək.
Eyni zamanda, Kim Çen silahlı qüvvələrə qətiyyətli hərəkətə hazırlamaq barədə göstəriş verib:
"Əgər düşmən qüvvələrin atdığı qarşıdurma xarakterli hərbi addımlara və Koreya yarımadasında hər saat pisləşən təhlükəli vəziyyətə yaxından nəzər salsaq, bizim üçün müharibə sözü abstraksiya deyil, faktiki yaxınlaşan reallıqdır".
















