• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Rusiya Dnepropetrovsk vilayətini vurdu

DÜNYA

03 Oktyabr 2023 | 09:35 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya Dnepropetrovsk vilayətini vurdu

Rusiya ordusu gecə saatlarında Dnepropetrovsk vilayətini pilotsuz təyyarələrlə vurub.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib.

Onun sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiəsi 13 pilotsuz uçuş aparatını və bir qanadlı raketi məhv etməyə müvəffəq olub. Zərbə və dağıntıların düşməsi nəticəsində bir neçə rayonda yanğınlar və dağıntılar qeydə alınıb.

Məlumata görə, Dneprdə dağıntıların düşməsi nəticəsində özəl müəssisə, qaraj və avtomobil yanıb. Xilasedicilər tez bir zamanda yanğını söndürüblər.

Bundan əlavə, pilotsuz təyyarələrin vurulması nəticəsində dağıntılar Pavloqradda sənaye müəssisəsinin ərazisinə düşüb və orada zərbə qeydə alınıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026