• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

ABŞ-dəki təyyarə qəzasında senator və ailəsi həlak olub - YENİLƏNİB

DÜNYA

03 Oktyabr 2023 | 01:02 | Müəllif: Subhan Mahmudov

ABŞ-dəki təyyarə qəzasında senator və ailəsi həlak olub - YENİLƏNİB

Şimali Dakota ştatının senatoru Duq Larsen, həyat yoldaşı və iki uşağı Yuta ştatındakı təyyarə qəzasında həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb. 

“Senator Duq Larsen, arvadı Emi və iki uşağı dünən gecə Yuta ştatında təyyarə qəzasında həlak olublar”, – deyə məlumatda qeyd olunur. 

***22:29

ABŞ-ın Yuta ştatında təyyarə havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, qəza nəticəsində 4 nəfər həlak olub.

Grand County Şerif Ofisindən verilən açıqlamada, təyyarənin ötən axşam Yuta ştatının Moab şəhərinin təxminən 24 kilometr şimalındakı Kanyonlend hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğradığı açıqlanıb.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının X sosial media platformasında verdiyi açıqlamada Piper PA-28-140 tipli tək mühərrikli təyyarənin qəzaya uğramasının araşdırıldığı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR