• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

"Avroviziya-2022”: Azərbaycan FİNALDA - VİDEO -YENİLƏNİB

MƏDƏNİYYƏT

13 May 2022 | 01:14 | Müəllif: Subhan Mahmudov

"Avroviziya-2022”: Azərbaycan FİNALDA - VİDEO -YENİLƏNİB

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil olunan müsabiqənin 2-ci yarımfinalında 18 ölkənin təmsilçiləri yarışıb.

Azərbaycan, Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San-Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Polşa, Monteneqro, Belçika, İsveç və Çexiya təmsilçiləri öz performanslarını nümayiş etdiriblər.

Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edib. Səsvermədən sonra ilk onluğa daxil olmağı bacaran Azərbaycan mayın 14-də keçiriləcək finalda mübarizə aparmağa haqq qazanıb.

***

12 may, saat 23:48

İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanı “Fade To Black” adlı mahnısı ilə təmsil edən Nadir Rüstəmli 4-cü yerdə çıxış edib. Təmsilçimizin çıxışı zalda böyük rəğbətlə qarşılanıb.

Nadir Rüstəmlinin çıxışını təqdim edirik:

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026