• Bakı 7° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Narkoloji dispanserdən buraxılan yeniyetmə dilənçilik edir - VİDEO

CƏMİYYƏT

14 Iyun 2022 | 00:50 | Müəllif: Qalib İbrahimoğlu

Narkoloji dispanserdən buraxılan yeniyetmə dilənçilik edir - VİDEO

Narkoloji dispanserdən buraxıldıqdan sonra yeniyetmə oğlan küçədə dilənçilik edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə "Facebook"da bildirib.

K.Ağazadə qeyd edib ki, Ruslan adlı oğlan 3 ay narkoloji dispanserdə yatandan sonra buraxılıb: "Ancaq  bu halda uşaq qapalı müəssisədə qalmalı idi".

Sosial Xidmətlər Agentliyinə, Səhiyyə Nazirliyinə, Bərdə rayon İcra Hakimiyyətinə müraciət edən Mərkəz rəhbəri onları bu uşağın  müalicəsinə yardım etməyə şağırıb.

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həmişov isə bildirib ki, Agentliyin səlahiyyətlərinə uyğun olaraq mümkün proses üçün məlumatın araşdırılması məqsədilə lazımi departamentə yönləndirilib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026