• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Yoluxma sayı YENƏ ARTDI

CƏMİYYƏT

13 Iyul 2022 | 18:35 | Müəllif: Subhan Mahmudov

Yoluxma sayı YENƏ ARTDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 769 nəfər müalicə olunaraq sağalıb, hazırda 430 aktiv xəstə var. Bu günə qədər 9 719 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 878, bu günə qədər isə ümumilikdə 6 991 514 test icra olunub.


Yoluxma sayı YENƏ ARTDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026