• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hazırda Azərbaycanda un qıtlığı var - Deputat

CƏMİYYƏT

12 Avqust 2022 | 16:25

Hazırda Azərbaycanda un qıtlığı var - Deputat

Son vaxtlar unun qiymətinin bahalaşacağı haqda gəzən xəbərlərin ardınca ölkəmizin bir sıra bölgələrində un qıtlığı yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, Zaqatala, Balakən, Qax, Şəki rayonlarında son 1 həftədir, un qıtlığı var. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar.

Satıcıları unu digər rayonlarda un istehsal edən iri dəyirmanlardan tədarük edirlər. Hazırda isə bu dəyirmanlardan bilinməyən səbəblərdən bir həftədir ki, un gəlmir.

113 saylı Şəki şəhər seçki dairəsinin deputatı Vüqar İskəndərov Bakıvaxtı.az-a bildirib ki, bu məsələ ilə bağlı xəbərdardır və ona müraciətlər daxil olub:

“Şirniyyat və digər sahələrdə işləyən insanlar un qıtlığı ilə bağlı problem yaşadıqlarını qeyd ediblər. Mən öyrəndim və aydın oldu ki, bu problem yalnız Şəkidə yox, bir sıra regionlarda mövcuddur. Hətta Bakı şəhərində də un qıtlığı var. Biz tanınmış ölkələrdə çalışan bir sıra şirkətlərlə əlaqə saxladıq və bildirdilər ki, son günlərdə unun topdansatış alış-verişində problemlər ortaya çıxıb, amma müvəqqətidir. Nəyə görə belədir, kimlər bu problem yaradır, bəlli deyil. Lakin bu, süni şəkildə yaradılmış problemdirsə, dərhal araşdırılmalı, tədbirlər görülməlidir".

Onun sözlərinə görə, hazırda müharibə ilə əlaqədar regionun bir sıra ölkələrində taxıl qıtlığında mövcuddur. Lakin Azərbaycanda bu problem o qədər də dərin deyil: "Anladığım qədəri ilə bu günlərdə yaranan problemin də səbəbi böyük şirkətlərin unun verilməsindəki ləngliyidir. Müvafiq orqanlar bu məsələni araşdırmalı və lazimi addımlar atılmalıdır”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026