• Bakı 19° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ürək ritminin pozulmasının çarəsi nədir?

CƏMİYYƏT

12 Avqust 2022 | 17:32

Ürək ritminin pozulmasının çarəsi nədir?

Ürək çırpıntısı müxtəlif səbəblərdən yarana bilər. Ümumiyyətlə, stresli həyat tərzi keçirən insanlar ürək çırpıntısı problemi ilə üzləşirlər.

Bakıvaxtı.az-ın məlumatına görə, təxminən 20 dəqiqə ərzində ürək çırpıntısı ola bilər. Ürək döyüntüsünün artması və ya nəfəs darlığı kimi narahat bir vəziyyətlə qarşılaşdığınız zaman mütləq həkiminizə müraciət etməlisiniz.

Ürək çırpıntıları ümumiyyətlə 140-dan yuxarı ürək dərəcəsinin artması kimi qeydə alınır.

Ürək çırpıntılarına həyəcan, stress, sürətli qaçış və ya həddindən artıq kofein istehlakı nəticəsində yaranan fizioloji və ya ürək ritmindəki problemlər də səbəb ola bilər. Yatarkən qəfildən ürək döyüntüsü arta bilər. Ani ürək ritminin pozulmasına stress, travma kimi problemlər səbəb olur. Bu vəziyyətdə dərindən nəfəs alın və bol-bol dincəlməyə diqqət edin. Yatmazdan əvvəl başlayan ürək döyüntüsü bəzi xəstəliklərdən qaynaqlana bilər. Buna anadangəlmə ürək zədələnməsi, ürək ritminin pozulması kimi problemlər səbəb ola bilər. Hamiləlik zamanı ürək çırpıntısı adətən qan həcminin artması, emosional və psixoloji faktorlar, anemiya kimi problemlərdən yarana bilər.

Ürək döyüntüsünü hiss etdiyiniz zaman dərindən nəfəs almağa çalışın. Bunu hər dəfə təkrarlayın. Sonra oturun və istirahət edin. Bir stəkan su içmək və dərin nəfəs almağı təkrarlayın. Üzünüzə soyuq su vurun. Valsalva manevrini yerinə yetirin.

Nuranə Daxilqızı

 


SON XƏBƏRLƏR