“Beynəlxalq təcrübədə pensiya dövrü 12 il olaraq hesablanır. Bu, sosial sığorta sisteminin əsasını təşkil edir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
Nazir bildirib ki, bu gün ölkəmizdə pensiya çıxanların 68%-i 12 ildən çox pensiya alır.
"Bu gün bizdə pensiya yaşı 65 olsa da, edilmiş güzəştlər nəticəsində pensiya alanların orta yaşı 60-61-dir”, - deyə Sahil Babayev qeyd edib.
Nuranə Daxilqızı
















