• Bakı 23° C

    6.48 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Qarabağdakı ermənilər zorla mitinqə çağırılır

CƏMİYYƏT

25 Dekabr 2022 | 12:36 | Müəllif: Subhan Mahmudov

Qarabağdakı ermənilər zorla mitinqə çağırılır

Qanunsuz erməni dəstələri bu gün saat 14.00-da Xankəndində mitinq planlaşdırır. Lakin aksiyaya əhalini cəlb edə bilmirlər.

Bakıvaxtı.az xəbər verir ki, Qarabağdakı qanunsuz erməni hərbçilərinə, hətta məzuniyyətdə olanlara mülki geyimdə və ailə üzvləri ilə birlikdə mitinqdə iştirak etmələri tapşırılıb.

Qarabağda yaşayan sadə ermənilər də ailəlikcə mitinqə zorla çağrılır.

Bir çoxlarına mitinqdə iştirakın məcburi olduğu barədə xəbərdarlıq edilir. Əsas məqsədin mitinqə mümkün qədər çox insan cəlb etmək olduğu bildirilir.

Müxtəlif sahədə çalışan ermənilərə mülki geyimlə mitinqdə iştirak etmək barədə göstərişlər verilib.(trend)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026