“Chevron”un baş direktoru mayk Virt on aydan çoxdur ən yüksək səviyyədə olan neft qiymətləri ilə bağlı qorxulu proqnoz verib.
Bakıvaxtı.azxarici mediaya istinadən xəbər verir ki, Brent markalı neft dördüncü rübdə təklifin azalması səbəbindən bazar kəsirinin genişlənəcəyi gözləntiləri fonunda bir barel üçün 95 dollara yüksəlib.
Virt neftin qiymətinin bir barel üçün 100 dollara yaxınlaşdığını açıqlayıb. O, tədarük və ehtiyatların azaldığı bir mühitdə tendensiyanın bir barel üçün 100 dollar səviyyəsini göstərdiyini qeyd edib.
Onun sözlərinə görə, neftin yüksək qiymətləri ABŞ-la yanaşı, dünya iqtisadiyyatına da təsir edir, lakin ABŞ iqtisadiyyatı buna dözə bilər.
ABŞ Enerji İnformasiya Administrasiyası bildirib ki, Birləşmiş Ştatların ən çox şist qazı hasil edən regionlarında neft hasilatı oktyabr ayında azalaraq 9,393 milyon barrelə düşəcək. Bu da may ayından bəri ən aşağı səviyyədir.
Bu arada, Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman OPEC+-nın neft tədarükünü azaltmaq üçün atdığı addımları müdafiə edərək, bazarların volatilliyi məhdudlaşdırmağa istiqamətləndiyi, qlobal iqtisadi və tələb qeyri-müəyyənlikləri barədə xəbərdarlıq edib.
Xatırladaq ki, bu ayın əvvəlində Səudiyyə Ərəbistanı və Rusiya sutkada cəmi 1,3 milyon barellik tədarük kəsimini ilin sonuna qədər uzadacaqlarını açıqlamışdı.
Ay Tac





jpg-1697607355.webp)



jpg-1697519722.webp)





