• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Netanyahu: Məni ölümlə təhdid edirlər!

DÜNYA

05 Fevral 2023 | 20:30 | Müəllif: Subhan Mahmudov

Netanyahu: Məni ölümlə təhdid edirlər!

İsrailin Baş naziri Benyamin Netanyahu ona və digər rəsmilərə qarşı təhdidlərin artan dalğasını kəskin tənqid edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə JNS məlumat yayıb.

“Belə görünürdü ki, seçilmiş məmurlara və mənə qarşı təhdidlər bütün sərhədləri aşdı. Lakin indi biz İsrailin baş nazirinə qarşı açıq-aşkar sui-qəsd təhdidini eşitdik və gördük”, - Netanyahu bildirib.

Qeyd edək ki, Netanyahu bu sözləri İsrail Hərbi Hava Qüvvələrinin keçmiş pilotu Zeev Razanın "Baş nazir ayağa qalxıb diktator səlahiyyətlərini öz üzərinə götürürsə, o öldü, bu qədər sadədir. Onları öldürmək məcburiyyəti var" açıqlamasından sonra deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026