• Bakı 17° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Netanyahunun İrandan tələbləri nədir?

CƏMİYYƏT

04 Yanvar 2026 | 19:49

Netanyahunun İrandan tələbləri nədir?

İran əlində olan 400 kiloqram zənginləşdirilmiş uranı təhvil verməli, həmçinin, bütün nüvə obyektlərinə ciddi və effektiv nəzarəti təmin etməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında bildiirb.

O qeyd edib ki, ötən ayın sonlarında ABŞ-yə səfəri zamanı Prezidenti Donald Trampla İranın nüvə proqramını müzakirə edib.

"Əlbəttə ki, biz İranı da müzakirə etdik. Ortaq mövqeyimizi bir daha təsdiqlədik: Bir tərəfdən İrandan 400 kq zənginləşdirilmiş materialın çıxarılması, digər tərəfdən nüvə proqramı obyektləri üzərində ciddi, real nəzarətin qurulması zərurəti", - deyə Netanyahu bildirib.

Baş nazir qeyd edib ki, İsrail hökuməti, dövləti və şəxsən o özü etiraza qalxmış İran xalqının yanındadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026