• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Nəzrin Hacıyeva dünya çempionu oldu

İDMAN

26 Noyabr 2023 | 17:30 | Müəllif: Subhan Mahmudov

Nəzrin Hacıyeva dünya çempionu oldu

Azərbaycanlı karateçi Nəzrin Hacıyeva Qazaxıstanın Almatı şəhərində keçirilən kyokuşin-kan üzrə dünya çempionatının qalibi olub.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, o, mundialın qızıl medalını qazanıb.

Təmsilçimiz 14-15 yaş qrupunda 45 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib. Millinin digər üzvü, Xətai İdman Mərkəzinin yetirməsi Cəmil Kazımlı (+65 kq) da fəxri kürsüyə qalxıb. Dünya Qran-prisinin gümüş medalçısı bu dəfə 3-cü yeri tutub.

Qeyd edək ki, millimiz yarışa Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026