• Bakı 31° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Nikos Dendias sabah İrəvana gedəcək

DÜNYA

26 Sentyabr 2022 | 17:31

Nikos Dendias sabah İrəvana gedəcək

Yunanıstan xarici işlər naziri Nikos Dendias sentyabrın 27-də İrəvana gedəcək və orada Ermənistanın yüksək rütbəli rəsmiləri ilə görüşəcək.

Bakıvaxtı.az Yunanıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Dendiasın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla təkbətək görüşü olacaq, daha sonra geniş tərkibdə danışıqlar aparılacaq.


Yunanıstanlı nazir daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən qəbul ediləcək. Bu görüşdə Ermənistanın müdafiə naziri Suren Papikyan da iştirak edəcək.

Görüşlərdə müzakirələr ikitərəfli, regional və beynəlxalq maraq doğuran məsələlərə, Qafqaz və Şərqi Aralıq dənizindəki vəziyyətə, habelə Aİ-Ermənistan münasibətlərinə həsr olunacaq.


SON XƏBƏRLƏR

11 Iyul 2025