• Bakı 21° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

“OBA” marketə SİLAHLI BASQIN

HADİSƏ

19 May 2022 | 10:54

“OBA” marketə SİLAHLI BASQIN

Mayın 18-nə keçən gecə Bakının Xətai rayonu ərazisində marketə silahlı basqın olub.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən “OBA” marketə daxil olan naməlum şəxslər bıçaqla satıcı qadına hücum edib. Satıcı L.İsrafilovanı hədələyən şəxslər kassadan 700 manat götürərək uzaqlaşıblar.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Quldurluq əməlində şübhəli bilinən 2000-ci il təvəllüdlü Əfqan İsgəndərov və 1997-ci ildə anadan olmuş Fərid Axundov tutularaq istintaqa təhvil veriliblər.

Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və silah və ya silah qismində əşya tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026