Son günlər “Optimal Elektronika” mağazalar şəbəkəsinin bir neçə filialı fəaliyyətini dayandırıb. Onların sırasında hətta yeni açılmış filiallar da var.
Bu isə istər-istəməz hamıda “Mağazalar şəbəkəsi bağlanır” sualını formalaşdırır.
Elə Bakıvaxtı.az da bu suala cavab tapmaq üçün “Optimal Elektronika” mağazalar şəbəkəsi ilə əlaqə saxlayıb.
Mağazalar şəbəkəsindən həqiqətən filialların fəaliyyətinin dayandırıldığı qeyd olunub. Bildirilib ki, bu, müvəqqəti xarakter daşıyır və bir neçə gündən sonra bütün filiallar fəaliyyətini bərpa edəcək.
“”Optimal Elektronika” mağazalar şəbəkəsinin filialları fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Bu, yeni malların qəbulu və vitrinlərə düzülməsi ilə əlaqədardır. Bütün filiallar fevral ayının sonunda fəaliyyətini bərpa edəcək”, - deyə bildirilib.
Qeyd edək ki, “Optimal” bununla bağlı sosial şəbəkə səhifələrində “Yenilənirik” bildirişi yerləşdirib.
Murad Məmmədli
















