• Bakı 9° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Ötən gün 21 kq-dan çox narkotik vasitə...

HADİSƏ

25 Fevral 2023 | 10:13

Ötən gün 21 kq-dan çox narkotik vasitə...

Polis əməkdaşlarının fevralın 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,3 kiloqramdan artıq heroin, 18 kiloqramdan çox marixuana, həmçinin 222 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR