• Bakı 29° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Özbəkistan Azərbaycandan qeyri-neft məhsulları alışını artırıb

İQTİSADİYYAT

15 Iyul 2025 | 11:01

Özbəkistan Azərbaycandan qeyri-neft məhsulları alışını artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan Özbəkistana 19,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 milyon ABŞ dolları və ya 1,9 dəfə çoxdur.

Bu ilin 5 ayı ərzində Özbəkistana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 1,37%-ni təşkil edib.

Bununla da hesabat dövründə Özbəkistan Azərbaycandan ən çox qeyri-neft məhsulları alan ölkələr sırasında 10-cu pillədə qərarlaşıb.

Eyni zamanda 2025-ci ilin yanvar-may aylarında Azərbaycanla Özbəkistan arasında ticarət əməliyyatlarının həcmi 214,8 milyon ABŞ dolları təşkil edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 145,8 milyon ABŞ dolları və ya 3,1 dəfə çoxdur. Hesabat dövründə Özbəkistan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,16%-i həcmində olub.

Cari ilin yanvar-may aylarında Azərbaycandan Özbəkistana 19,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə təqribən 9 milyon ABŞ dolları və ya 1,8 dəfə çoxdur.

Həmçinin 2025-ci ilin yanvar-may aylarında Özbəkistandan Azərbaycana 195,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 136,9 milyon ABŞ dolları və ya 3,3 dəfə artım deməkdir.


SON XƏBƏRLƏR