“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməlik olub.
Bakıvaxtı.az xəbər verir ki, “AZSIĞORTA” Açıq Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsində “Azəristiliktəchizat”a qarşı iddia qaldırıb.
İddia müqavilələrdən əmələ gələn öhdəliklər (sığorta müqaviləsi) üzrə mübahisələrlə bağlıdır.
Kommersiya mübahisəsi hakim Zaur Pirverdiyevin sədrliyilə araşdırılacaq.
Ramid İbrahimov
















