• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Parkda gecələyən ailə ilə bağlı rəsmi AÇIQLAMA - VİDEO

CƏMİYYƏT

11 Sentyabr 2023 | 12:13

Parkda gecələyən ailə ilə bağlı rəsmi AÇIQLAMA - VİDEO

Ötən gecə Bakının Suraxanı rayonu ərazisində nənə, qızı və 3 nəvəsinin parkda gecələməsini əks etdirən görüntülər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, videoda yaşlı qadının qızını göstərək onun onkoloji xəstəlikdən əziyyət çəkdiyini deməsi görünür. Görüntülərdə onun nəvəsi olan 3 azyaşlının söhbətgahdakı skamyalarda gecələdiyi də əks olunub. Qadının sözlərinə görə onlar kirayə yaşadıqları mənzildən çıxarılıblar və Suraxanıdakı Neftçilər parkında gecələməyə məcbur olublar.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Nurlan Əliyev  bildirib ki, parkda gecələyən şəxslər aidiyyəti üzrə yerləşdirilib: “Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb. 1 nəfərin müalicə almaq üçün müvafiq xəstəxanaya, azyaşlıların isə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birlikdə sığınacağa yerləşdirilməsi təmin olunub”. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026