• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Milli Məclisin nümayəndə heyəti Buxarestdə Heydər Əliyevin abidəsini ziyarət etdi

CƏMİYYƏT

11 Oktyabr 2023 | 11:32

Milli Məclisin nümayəndə heyəti Buxarestdə Heydər Əliyevin abidəsini ziyarət etdi

Rumıniyada rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Buxarestdəki "Tey" parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

Parlamentdən Bakıvaxtı.az-a verilən məlumata görə, Milli Məclisin sədri abidənin önünə əklil qoyub.

Xatırladaq ki, 2004-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Buxarestdə Ulu Öndər Heydər Əliyevin abidəsinin açılışı olub. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Buxarestdə abidəsinin qoyulması Azərbaycan-Rumıniya əlaqələrinin inkişafının təzahürüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026