• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Parlament yenidən buraxılır

DÜNYA

18 Aprel 2023 | 13:06

Parlament yenidən buraxılır

Küveytin vəliəhd şahzadəsi Məşəl əl-Əhməd əs-Sabah Konstitusiya Məhkəməsinin ötən ay çıxardığı qərar əsasında bərpa edilən parlamentin (Milli Assambleya) buraxılacağını və yaxın aylarda yeni seçkilərin təyin ediləcəyini bildirib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, OPEK üzvü olan ərəb dövləti maliyyə islahatlarına mane olan hökumət ilə parlament arasında uzunsürən fikir ayrılıqları ilə mübarizə aparır.

Vəliəhd bildirib ki, seçkilərdən sonra siyasi-hüquqi islahatlar həyata keçiriləcək və islahatlar hökumətlə parlament arasında yaranmış fikir ayrılıqlarının aradan qaldırılmasına, qanunvericilik və icra hakimiyyətlərinin sui-istifadələrinə yol verilməməsinə, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsinə yönələcək.

Qeyd edək ki, parlament qarşıdurmaya son qoymaq məqsədilə keçən il buraxılmışdı və 2022-ci ilin sentyabrında müxalifətin qazandığı erkən seçkilər keçirilmişdi. Bu ilin martında isə Konstitusiya Məhkəməsi Milli Assambleya seçkilərinin nəticələrini etibarsız sayaraq, üzvləri 2020-ci il seçilmiş parlamentin tərkibini bərpa edib.

Küveyt siyasi partiyaları qadağan etsə də, siyasi sabitlik ənənəvi olaraq hökumət və parlament arasında əməkdaşlıqdan asılı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026