• Bakı 23° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Qaribaşvili Ərdoğanı təbrik etdi

DÜNYA

18 May 2023 | 10:39

Qaribaşvili Ərdoğanı təbrik etdi

Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb.

Bildirilib ki, İrakli Qaribaşvili seçkilərin uğurla təşkil olunmasına və ilk raundda əldə edilən uğura görə, Türkiyə Prezidentini təbrik edib.

İrakli Qaribaşvili Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının güclənməsində, həmçinin birgə regional layihələrin dəstəklənməsi ilə dayanıqlı və stabil regional inkişafda Ərdoğanın şəxsi rolunu vurğulayıb.

Baş nazir Qaribaşvili Prezident Ərdoğana seçkilərin ikinci raundunda da uğur arzulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026