• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Ukrayna ordusu bu ərazilərdə irəlilədi

DÜNYA

18 May 2023 | 11:08

Ukrayna ordusu bu ərazilərdə irəlilədi

“Biz bu gün Donetsk vilayətinin Baxmut şəhərində 1700 metr irəliləmişik”.

Bakıvaxtı.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri şəxsi heyət və sursat baxımından qarşı tərəfdən üstün deyil:

“Amma cinahlarla irəliləməyə davam edirik. Baxmut hərbi əməliyyatların episentri olaraq qalır”.

S.Çerevatının sözlərinə görə, Rusiya Silahlı Qüvvələri gün ərzində Baxmut istiqamətində 77 dəfə artilleriya, 6 dəfə isə təyyarə ilə zərbələr endirib:

“Döyüşlərdə qarşı tərəfin 130 hərbçisi məhv edilib, 145-i yaralanıb, 4-ü isə əsir götürülüb”.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bildirib ki, Rusiya Baxmutda təşəbbüsü itirib.

Qeyd edək ki, 8 aydır Baxmutda gərgin döyüşlər gedir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026