• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Parlamentin bu komitələrinin tərkibi yenidən formalaşdırıldı

SİYASƏT

01 Fevral 2024 | 12:06 | Müəllif: Qalib İbrahimoğlu

Parlamentin bu komitələrinin tərkibi yenidən formalaşdırıldı

Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində ilk plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, layihəyə əsasən, İntizam komissiyasının tərkibinin aşağıdakı kimi formalaşdırılması təklif edilib:

    1. Ağamalı Fəzail Rəhim oğlu

    2. Həsənov Nurlan Urfan oğlu

    3. Həsənova Afət Əbil qızı

    4. İbrahimqızı Məlahət İbrahim qızı

    5. İbrahimov Eldar Rza oğlu

    6. Qafarov Kəmaləddin Nəsrəddin oğlu

    7. Məhəməliyev Nəsib Məhəmməd oğlu

    8. Məmmədov Hikmət Baba oğlu

    9. Məmmədov Məşhur Şahbaz oğlu

    10. Möhbalıyev Səttar Suliddin oğlu

    11. Səfərov Nizami Abdulla oğlu

    Beləliklə, İntizam komissiyasında mərhum deputat Madər Musayevi Kəmaləddin Qafarovun əvəzləməsi təklif edilib.

    Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

    İclasda “Milli Məclisi Hesablayıcı komissiyasının yaradılması haqqında” qərar layihəsi də müzakirəyə çıxarılıb.

    Layihəyə əsasən, Hesablayıcı Komissiyanın aşağıdakı tərkibdə yaradılması təklif olunur:

      Eldar Quliyev

      Elnur Allahverdiyev

      Rauf Əliyev

      Emin Hacıyev

      Sevinc Hüseynova

      Sədaqət Vəliyeva

      Mixail Zabelin.

      Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

      Beləliklə, parlamentin payız sessiyasında formalaşdırılan Hesablayıcı Komissiyasının tərkibi yaz sessiyasında dəyişməyib.

      Aytac Aslan


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      18 Sentyabr 2026