Ermənistan Baş nazirinin qayını "Vətəndaş Müqaviləsi" partiyasından olan millət vəkili Qraçya Akopyanla əlbəyaxa olduqdan sonra parlamentin iclas zalından çıxarıldı.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, mühafizəçilər Akopyanı çölə çıxardıqda o, kobud ifadələr işlədib.
Bundan əvvəl "Vətəndaş Müqaviləsi"dən olan deputat Hayk Sarkisyanın çıxışı zamanı müxalifətlə iqtidaryönlü deputatlar arasında dava düşdüyü bildirilmişdi. Keçmiş müdafiə naziri Seyran Ohanyan vətənə xəyanət ittihamlarına cavab olaraq ona şüşə atmışdı.
Jurnalistlərlə söhbətində Akopyan Sarkisyanı dəstəkləyib: “Seyran Ohanyan bir şüşə götürərək Hayk Sarkisyana atdı. Tanıyın müxalifətin kimliyin.
Zaldan niyə çıxarıldığını soruşanda, Akopyan bilmədiyini söylədi. "Mən qəzəbləndim ..." - dedi.
Tərcümə şöbəsi
Bakıvaxtı.az















