• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Fransada saxta COVID pasportu satan yüzlərlə tibb işçisi aşkar olunub

DÜNYA

24 Sentyabr 2021 | 00:41 | Müəllif: Subhan Mahmudov

Fransada saxta COVID pasportu satan yüzlərlə tibb işçisi aşkar olunub

Fransada yüzlərlə tibb işçisi saxta COVID QR-kodları satmaqda günahlandırılıb.

Ölkənin 14 vaksinasiya mərkəzində aparılan yoxlamalar nəticəsində 36 min saxta vəsiqə ləğv edilib, onları satan 270 tibb işçisinə qarşı isə araşdırma başlanıb.

Saxtakarlıqda əli olan səhiyyə əməkdaşlarını 150 min avro cərimə və ya 5 ilədək həbs cəzası gözləyir.

Onların müştəriləri isə 45 min avro cərimə oluna, yaxud da 3 ilədək həbs cəzası ala bilərlər.

TASS


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026