Əfqanıstanın mədəniyyət və informasiya nazirinin müavini Zabiullah Mücahidin sözlərinə görə, Rusiya Talibanla BMT arasında vasitəçi ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, nazir müavini verdiyi müsahibədə yeni Əfqanıstan hakimiyyətinin BMT Təhlükəsizlik Şurasında müsbət nəticələr əldə edəcəyinə ümid etdiyini deyib. "Rusiya bizimlə BMT arasında vasitəçi ola bilər. Biz Moskvadan sanksiya təzyiqinin azaldılması məsələsində, bölgədə və xüsusən Əfqanıstanda problemlərin sülh yolu ilə həll olunmasında kömək istəyirik"- deyə, o bildirib.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















