"Bu hadisəni pisləyirik. Əlbəttə, bu terrordur".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında söyləyib.
O, Kabildə, Rusiya səfirliyinin yaxınlığında bu gün baş verən partlayışın səbəbini araşdırıldığını deyib.
Qeyd edək ki, daha əvvəl Rusiya XİN partlayış nəticəsində səfirliyinin 2 əməkdaşının öldüyünü bildirmişdi.
Səbuhi Elnur
















