• Bakı 8° C

    11.02 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Polis Durovun saxlanılma müddətini 24 saat da uzada bilər

DÜNYA

25 Avqust 2024 | 23:14 | Müəllif: Subhan Mahmudov

Polis Durovun saxlanılma müddətini 24 saat da uzada bilər

Teleqram messencerinin yaradıcısı Pavel Durovun saxlanılma müddəti daha 24 saat uzadıla bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Blumberq" Fransa məhkəmə sistemindəki mənbəyə istinadən məlumat yayıb.

Fransa hüquq sisteminə görə, bu ölkədə müəyyən bir şəxs 24 saat saxlanıla bilər, bu müddət bir dəfə uzadıla bilər.

Xatırladaq ki, Teleqramın təsisçisi Pavel Durov Parisin "Le Burje" hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR