• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Prezident seçkiləri: Təşviqat başladı

SİYASƏT

15 Yanvar 2024 | 08:04 | Müəllif: Qalib İbrahimoğlu

Prezident seçkiləri: Təşviqat başladı

Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanacaq.

Bakıvaxtı.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il yanvarın 15-i başlanılmalı və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılmalıdır.

Qeyd edək ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində qeydiyyata alınmış aşağıdakı 7 namizəd mübarizə aparacaq:

- Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026