Gənc müğənni Aleyna Tilki şok etirafları ilə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Aleyna Tilki pul qazanmaqdan söz açıb. Onun fikrincə, pul çox əhəmiyyətsizdir.
"Mən bir ara bu sahədən uzaqlaşdım. Pul qazanmırdım. Pulum olmayanda, ətrafdan hər kəs deyirdi niyə qazanmırsan? Niyə konsertlər vermirsən? Mənim pul qazanmaq vecimə deyil. Dedilər ki, sən işləməyə davam etməlisən",-deyə o bildirib.
Aleyna Tilki əlavə edib ki, gənc yaşda olduğu üçün istədiyi peşə ilə məşğul ola bilər.
"Mən bir bel çantamı götürüb həyatımı yaşaya bilərəm. Çünki gəncəm. İstəsəm gedib başqa işlə də məşğul ola bilərəm. Hətta bir ara mahnılarımı oxuyub kokteyl hazırlamaq qərarına gəlirdim. Təbii ki, konsertlərim olacaq. Əslində konsertlərə getmədiyim, pulumun kifayət qədər az olduğu dövr olub. Onda da onun yoxluğu məni məyus etdi. Küçədə o qədər çarəsiz insanlar var ki, mənim vəziyyətim heç bir şey deyil”,-deyə müğənni qeyd edib.
Qeyd edək ki, A.Tilkininin Əmrah Karadumanla "Cevapsız çınlama" ifası yutub platformasında 2016-cı ilin ən çox izlənən videolar sırasındadır.
Xəyalə Rza
















