• Bakı 13° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Putin BRİCS-ə gələn liderlərə hədiyyə hazırlayıb

DÜNYA

22 Oktyabr 2024 | 18:00

Putin BRİCS-ə gələn liderlərə hədiyyə hazırlayıb

Rusiya prezidenti Vladimir Putin Kazanda keçirilən BRİCS sammitində iştirak edən xarici liderlər üçün hədiyyələr hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Söhbət hansı hədiyyələrdən gedir” sualına Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “Sizə məlumat verəcəyik”, - deyə jurnalistlərə bildirib.

BRİKS ölkələrinin liderləri Kazanda keçiriləcək sammitdə assosiasiyada işin gücləndirilməsinə yönəlmiş mühüm qərarlar qəbul edəcəklər. Bu barədə Rusiya prezidenti Vladimir Putin BRİKS sammiti çərçivəsində Hindistanın baş naziri Narendra Modi ilə görüşündə bildirib.

BRİCS sammiti ahqda danışan Rusiya Prezidenti V.Putin "Kazanda biz assosiasiyanın fəaliyyətinin daha da təkmilləşdirilməsinə və onun çərçivəsində çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra mühüm qərarlar qəbul etməliyik" deyib.

Rusiya prezidentinin sözlərinə görə, BRİCS sammitində iş axşam saatlarında başlayacaq.

“Bu gün biz birlikdə sammitin açılış mərasimində iştirak edəcəyik, sonra liderlər şam yeməyində ünsiyyət quracaq və bununla da biz öz işimizə başlayacağıq”, - Rusiya lideri bildirib.

BRİCS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilir.


SON XƏBƏRLƏR