Ukrayna şübhəsiz sülh tərəfdarıdır. Rusiya Prezidenti Vladimir Putin isə atəşkəsi gecikdirməyə çalışır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer deyib.
Dünya ölkələrini atəşkəsə çağıran Starmer bildirib ki, dünya hərəkətə keçməlidir:
“Boş söz və şərtləri buraxın. Mesajım aydındır, tez və ya gec Putin masaya oturmalı olacaq”.
Starmer bildirib ki, Putini yenidən hücumdan çəkindirmək üçün ABŞ-ın dəstəyindən başqa alternativ yoxdur:
“ABŞ-la birlikdə hərəkət etmək lazımdır. Biz hər gün ABŞ-la əlaqə saxlayırıq"./axar.az