• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Qara Qarayev "Neftçi"dən GEDİR?

İDMAN

16 Avqust 2024 | 18:51 | Müəllif: Subhan Mahmudov

Qara Qarayev "Neftçi"dən GEDİR?

Ötən mövsüm "Qarabağ"dan "Neftçi"yə transfer olunan futbolçu Qara Qarayevin son zamanlar məşqlərə qatılmadığı və klub rəhbərliyi ilə arasının yaxşı olmadığı deyilir.

Bakıvaxtı.az bildirir ki,  məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran klubun mətbuat katibi Asəf Zeynallı Qara Qarayevin komandada qalacağını bildirib.

"Bu barədə bir çox xəbərlər yayılsa da, Qara Qarayev məşqlərə qatılır və hər şey qaydasındadır. Onun klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlər doğru deyil".

Xatırladaq ki, Qara Qarayev 2023/24 mövsümündə "Qarabağ"dan "Neftçi" klubuna illik 250 min manatlıq maaş təklifini qəbul edərək keçmişdi. Futbolçu "ağ-qaralar"ın forması ilə çıxdığı 25 oyunda bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb. Qara Qarayevin "Transfermarkt" portalındakı satış dəyəri isə 350 min avrodur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026