“Qarabağ” Avropa Liqası qrup mərhələsinin ilk oyununda komandanı stadionda dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, “Frayburq” (Almaniya) - “Qarabağ” matçını izləmək və Ağdam təmsilçisini dəstəkləmək istəyənlər oyun günü "Wolfswinkel" stadionunda (Europa-Park Stadion) azarkeşlər üçün ayrılmış E-4 sektorunun giriş qapısından saat 19:00-dan 21:00-dək bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur.
Ödəniş yalnız nağd şəkildə qəbul ediləcək.
Qeyd edək ki, "Frayburq" - "Qarabağ" oyunu sentyabrın 8-də 21:00-da (Bakı vaxtı ilə 23:00) keçiriləcək.
“Qarabağ” azarkeşlərə müraciət etdi
İDMAN
05 Sentyabr 2022 | 15:04

SON XƏBƏRLƏR
06 Sentyabr 2026
18:28
18:08
05 Sentyabr 2026















