• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Marselo "Qarabağ"la oyunları buraxa bilər

İDMAN

05 Oktyabr 2022 | 12:33

Marselo "Qarabağ"la oyunları buraxa bilər

"Olimpiakos" komandasının ulduz futbolçusu Marselo Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda iştirak etməyəcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə iddianı "Sportdog" nəşri irəli sürüb.

Pirey təmsilçisinin baş məşqşçisi Miçel Qonsales 34 yaşlı müdafiəçini "köhlən atlar"la matçda meydana buraxmaq istəmir. Braziliyalı oyunçunun oktyabrın 15-dən sonra tam hazır olacağı gözlənilir.

Belə olacağı təqdirdə, Marselo "Qarabağ"a qarşı oktyabrın 13-də Bakıdakı IV tur qarşılaşmasını da buraxacaq.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026