• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Cüneyt Çakırın yeni işi müəyyənləşdi

İDMAN

05 Oktyabr 2022 | 02:28 | Müəllif: Subhan Mahmudov

Cüneyt Çakırın yeni işi müəyyənləşdi

Bu ilin avqustunda hakimlik karyerasını başa vuran Cüneyt Çakırın yeni iş yeri müəyyənləşib.

Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, o, Türkiyə Futbol Federasiyasından hakimlərlə işləyən təlimatçı olacaq. Çakır yeni işində aylıq gəliri 100 min türk lirəsi (bugünkü məzənnə ilə 5382 dollar) təşkil edəcək.

Qeyd edək ki, 46 yaşlı Çakır 2006-cı ildən FİFA referisi olub. Onun adı bu ilin martında Mərkəzi Hakimlər Şurasının qəbul etdiyi qərara görə, ötən mövsümün digər oyunlarını idarə edəcək hakimlərin sırasından çıxarılıb. Ancaq sonradan Apellyasiya Komitəsi Çakırla bağlı qərarı ləğv edib. O, son olaraq Türkiyə Superliqasında ötən mövsümün 34-cü turunun "Antalyaspor" - "Kayserispor" matçının baş hakimi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026