Qardaşı arvadını qətlə yetirməkdə təqsirləndirilən Təhmasib Əliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Təhmasib Əliyev 18 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il avqust ayında Cəlilabad rayonunda baş verib. Qətl mülk üstündə baş verib.
Təhmasib Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham edilib.
Bakı 




