• Bakı 18° C

    2.26 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Qubada qəzada ölən va yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

HADİSƏ

24 Sentyabr 2024 | 00:33

Qubada qəzada ölən va yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Qubada yol nəqliyyat hadisəsi zamanı ölən va yaralanan şəxslərin kimliyi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində "Mercedes"in sürücüsü - Bakı şəhər sakini 1996-ci il təvəllüdlü Kənan Cabbarov ağır xəsarətlər alaraq Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

    "Opel" markalı avtomobilin sürücüsü, Quba rayon sakini 1982-ci il təvəllüdlü Elşad Qayıbov isə, aldığı xəsarətlərdən həlak olub.

    İlkin məlumata görə, qəzaya "Mercedes" markalı avtomobilin əks istiqamətdə hərəkət etməsi səbəb olub.

    ****

    Quba şəhərinin Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, "Opel" markalı minik avtomobili ilə "Mercedes" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarətlər alıb.

    Hazırda fakt araşdırılır./apa


    SON XƏBƏRLƏR