• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

"Quru sərhədlərimizin bağlı qalması gözlənilən təhlükələrlə bağlı idi" - Ekspertin TƏKLİFİ VAR

SİYASƏT

30 Yanvar 2023 | 11:20

Quru sərhədlərimizin bağlı qalması gözlənilən təhlükələrlə bağlı idi - Ekspertin TƏKLİFİ VAR

"Quru sərhədlərimizin bağlı qalmasının "pandemiya" ilə əlaqədar olmadığı hamıya aydındır, əsas səbəblərdən biri bölgəmizdə müəyyən proseslərin baş verməsi, gözlənilən təhlükələrlə bağlı idi".

Bunu Bakıvaxtı.az-a iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, son zamanlar İranda baş verənlər bu ehtimala görə sərhədlərin bağlı qalması fikrini gücləndirdi.

Ekspert bildirib ki, Tehranda səfirliyimizə terror hücumu və sonra səfirliyin tam tərkibdə ölkəyə təxliyə edilməsi doğru qərardır.

"Son hucum və İranda baş verən hadisələr Azərbaycan dövlətinə tam legitim əsas verir ki, İranla quru sərhədi bağlı saxlasın, amma Gürcüstan,Türkiyə və Rusiya ilə quru yolları açsın, əvvəl bu addımı atılsaydı İrandan etirazlara formal bəhanə yaranardı, indi isə bizim tam haqqımız var ki, İranla quru sərhədləri bağlı saxlayaraq digər ölkələrlə yolları açaq - bu, həm də davranışlarına, tutumuna, ölkəmizə münasibətinə görə İran rejiminə yaxşı mesaj olar", - deyə Natiq Cəfərli vurğulayıb.

Aytac Aslan


SON XƏBƏRLƏR