• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Quşla toqquşan təyyarədə təhlükəli anlar

DÜNYA

07 Iyul 2022 | 21:17 | Müəllif: Subhan Mahmudov

Quşla toqquşan təyyarədə təhlükəli anlar

Uçuş zamanı quşla toqquşan Rusiyanın "Ural Hava Yolları" aviaşirkətinin təyyarəsi hava limanına qayıdıb, amma bundan əvvəl səmada bir neçə dövrə vurub.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Aviatorşina" Telegram kanalı məlumat yayıb.

Moskvadan Tacikistanın Xucəndinə uçan təyyarə havaya qalxandan dərhal sonra quşla toqquşub. Ön şüşəsi çatladığından təyyarə komandiri Domodedovoya qayıtmaq qərarına gəlib. "FlightRadar" xidmətinin verdiyi məlumata görə, eniş etməzdən əvvəl təyyarə daha üç saat səmada dövr edib.(milli.az)

Aviaşirkətin nümayəndələrinin sözlərinə görə, reqlamentə və təhlükəsizlik tədbirlərinə əsasən, təyyarə sonrakı uçuşu həyata keçirə bilməyib. Eniş uğurlu olub, sərnişinlər başqa reyslə təyinat yerlərinə gediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026