Demək olar ki, bütün dünya mediası Sakit Okean xəttində baş verənləri canlı yayımlayır.
Bakıvaxtı.az-ın məlumatına görə, Tayvan iddia edib ki, Çin təyyarələri və gəmiləri onun ərazi suları üzərində “imitasiya edilmiş” hücum təlimləri həyata keçirir. Çin artıq bir neçə gün əvvəl təlimlərini sürətləndirəcəyini açıqlamışdı və Tayvanı hər tərəfdən blokadaya almaq üçün hərəkəti aktivləşdirmişdi.
Tayvan ordusu vəziyyətin öhdəsindən gəlmək üçün dəniz gəmiləri və quru raketlərindən istifadə etdiyini bildirib. Xəbər agentlikləri Tayvan Müdafiə Nazirliyinə istinadən bu gün bəzi Çin təyyarələri və gəmiləri tərəfindən əsas Tayvan adasına qarşı simulyasiya edilmiş hücum təlimləri keçirildiyini bildirib.
Tayvan boğazında bəziləri orta xətti keçən çoxlu sayda Çin təyyarəsi və gəmisi müşahidə edilib.
Aytac Aslan





jpg-1662373275.webp)










